Şah Mat Teatrı mövsümü bu tamaşa ilə açacaq

MƏDƏNİYYƏT
13:37 06.10.2021
241
Müstəqil ŞAH MAT Teatrı 5-ci teatr mövsümünü və pandemiyadan sonra ilk tamaşasını Ejen İonsekonun "Stullar” tamaşası ilə açacaq.

Bu barədə AZXEBER.C0M-a teatrın mətbuat katibi Turan Etibaroğlu məlumat verib.

Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir. Tamaşa 7 oktyabr tarixində saat 19.00-da "Salaam Cinema Baku”-nun səhnəsində tamaşaçılara təqdim olunacaq.

Absurd üslubunda hazırlanan tamaşanın qəhrəmanı uzun illərdir adada tənha yaşayır. Hər gün eyni əhvalatlardan, eyni xatirələrdən bezir və qərara gəlir ki, dünyada sağ qalmış insanları evinə qonaq çağırsın. Beləliklə, qapı döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa boş

bir stul. Qonaqlar gəlməyə başlayır, səbirsizliklə gözlənilən əlahəzrət imperator da gəldikdən sonra, növbə Natiqdədir. O, bizim qəhramanın çoxdan düşündüyü və heç kəsə demədiyi sözləri çatdırmalıdır. Natiq isə...

İki personajın rol aldığı səhnə əsərində Mir Qabil Əkbərov və Fərid Vəliyev ifa edir.

Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü Salaam Cinemadan əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR