Şahbuzun 3 kəndinə qazın verilməsi dayandırıldı

Şahbuzun 3 kəndinə qazın verilməsi dayandırıldı
SOSİAL
20:55 24.06.2026
245
Şahbuz rayonunun Badamlı-Şada kəndi istiqamətində baş vermiş sel hadisəsi nəticəsində qaz xətti qırılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə ilə əlaqədar bu gün saat 17:15-dən etibarən rayonun Badamlı və Şada kəndlərinin, həmçinin Badamlı qəsəbəsinin qaz təchizatı dayandırılıb.
Hazırda ərazidə təmir-bərpa işləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR