Ötən gün axşam saat 19 radələrində Bakı-Qusar yolunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM–un məlumatına görə, qəza Şahdağdan Bakıya dönərkən baş verib. Qəza zamanı Fərid Dadaşovvə dostuEmil MəmmədovHyundai ix35 markalı avtomobildə olublar.
Məlumata görə, onlar Şahdağda qalmaq istəsələr də, otellərdə yer olmadığına görə Bakıya dönməyə məcbur olublar.
Ölümündən sonra hər iki mərhumun dostları onların sonuncu dəfə Şahdağda, hadisədən bir neçə saat əvvəl çəkdirdikləri fotonu paylaşıblar.
Qeyd edək ki, Türkiyənin Bilkənt Universitetinin biznes menecmenti fakültəsini bitirən Fərid Dadaşov tanınmış biznesmenlərdən olan Nazim Dadaşovun oğludur.
