Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimi baş tutub.
AZXEBER.COM-un verdiyi xəbərə görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, bir sıra digər ölkələrin prezident və baş nazirləri iştirak edirlər.
İnvestisiya sənədlərini Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıb.