Sahibə Qafarova memorandum imzaladı

Sahibə Qafarova memorandum imzaladı
SİYASƏT
20:12 07.05.2026
236
Milli Məclisin sədri Sahibə Qafarovanın Monteneqroya işgüzar səfəri çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a bildirilib ki, Memorandumu Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar.

Qeyd olunub ki, bu sənəd tərəflər arasında daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək.
OXŞAR XƏBƏRLƏR