Sahibkarlar Unibanka təşəkkür edirlər

Sahibkarlar Unibanka təşəkkür edirlər
İQTİSADİYYAT
12:10 23.12.2022
422
Etibarlı maliyyə tərəfdaşı biznes sahibinin ən yaxın dostudur.
 
AZXEBER.COM xəbər verir ki, 30 illik yubileyini qeyd edən Unibank, bu illər ərzində onminlərlə sahibkarın etibarlı maliyyə tərəfdaşı, bizneslərinin inkişafında ən yaxın dəstəkçisi olub. Hazırda Bankın biznes müştəriləri siyahısında yüzlərlə sahibkar var ki, onlar ilk bizneslərini "Unibank”ın maliyyə dəstəyi ilə qurublar və uzun illərdir bu dəstək davam edir. Biznes sahiblərinin bu uzun müddətdə bankla əməkdaşlıqda loyal, etibarlı münasibətlərinin səbəbi nədir? Sahibkarlar uzunmüddətli maliyyə tərəfdaşı olaraq niyə "Unibank”ı seçirlər? Bu sualları biznes sahibləri cavablandırıb.

27 ildən artıq müddətdə "Unibank”ın müştərisi olan sahibkar Əlibala müəllim hesab edir ki, müştərini bankda saxlayan əsas amil hörmət, səmimi münasibət və qarşılıqlı etibardır: "Unibank bu gün həm bazarın ən yenilikçi banklarından biridir, həm də dəyərlərinə sadiqdir. 27 il əvvəl mən ilk dəfə banka kredit üçün müraciət etmişəm, bu gün isə "Unibank”dan sahibkara lazım olan bütün xidmətləri ala bilirəm. Banka getmədən bu qədər xidmət, məhsul ala bilmək iş adamına çox vaxt qazandırır. "Unibank”la aramızda hər zaman qarşılıqlı etibar olub və burda ən xoşuma gələn, müştəriyə dost kimi baxılmasıdır. Bu illər ərzində bankla aramızda yaranan münasibət işgüzar əməkdaşlıqdan çox etibarlı dost münasibətidir. Bankın dəstəyi sayəsində biz də ölkəmizin iqtisadiyyatına öz faydamızı veririk”.  

Sahibkar Faiq müəllim 1998-ci ildən bankın müştərisidir. "Unibank”ın ən bəyəndiyi tərəfi hər zaman yeniliklərə açıq olmasıdır: "Unibank bu gün bazarın ən innovativ banklarından biridir. Bizim şirkət hesabımız da burdadır. "Unibank müştəri ilə daim ünsiyyətdə olur, kolektivi səmimidir, hər zaman müştərini dinləyir, anlayır və dəstək olurlar. Ona görə də bu işgüzar münasibətlər zamanla dostluğa çevrilir. Bu gün mən lazım olan bütün xidmətləri banka getmədən, elə işimin başında bankımdan ala bilirəm. Demək olar ki, əksər xidmətlərdən onlayn formada istifadə edə bilirəm”.

Sahibkar Mürvət müəllim 12 ildən çoxdur "Unibank”ın müştərisidir: "Unibank dayanıqlı maliyyə dəstəyi ilə Azərbaycanda aqrar sektorun, sənayenin inkişafna hər zaman xüsusi dəstəyini göstərib. Biz sahibkarlar olaraq bu dəstəyi hər zaman müşahidə etmişik. Bu 12 il ərzində mən banka nə vaxt müaraciət etmişəm, anında biznesimə dəstək göstərilib. Söhbət tək kredit müraciətindən getmir. Bank xidmətlərindən onlayn formada istifadə etmək, operativ xidmət, sərfəli əmək haqqı layihəsi bankın müştərisi olan sahibkarların işini xeyli asanlaşdırır. Bankın əməkdaşları hər zaman xoş münasibət, məsuliyyətli davranış və yüksək peşakarlıq göstərib. "Unibank”da müştəriyönümlülük, dostyana münasibət məni həmişə razı salıb. Arzu edirəm ki, Unibank ölkə bank sektorunda hər zaman layiqli yerini tutsun”.  

Sahibkar Nizam müəllim də 13 ildir "Unibank”ın müştərisidir. Sahibkar bankı 24/7 bank adlandırır: "Bu uzun müddətdə "Unibank”la çox xoş bir əməkdaşlıq münasibətimiz, hətta deyərdim ki səmimi dostluğumuz yaranıb. Hər lazım olduğunda anında bankın dəstəyini hiss etmişəm. Ən əsası isə Unibank mənim 24/7 bankımdır. Həftənin hansı günündən, günün hansı vaxtından asılı olmayaraq, nə vaxt ehtiyac yaranarsa, bilirəm ki məsələ həllini tapacaq. Bankın əməkdaşlarından çox razıyam, hər zaman səmimiyyət və peşəkar münasibət görmüşəm. Əminliklə deyə bilərəm ki, bu illər ərzində biz "Unibank”la bir partnyor, maliyyə tərəfdaşı deyil, yaxın və etibarlı dost olmuşuq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
14:16 03.03.2026
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi