Sahibkarlara hansı vergi güzəştləri ediləcək? - DETALLAR AÇIQLANDI

Sahibkarlara hansı vergi güzəştləri ediləcək? - DETALLAR AÇIQLANDI
İQTİSADİYYAT
14:13 23.04.2020
1468
"Pandemiya dövründə sahibkarlıq subyektlərinə dəstək tədbirləri ilə yanaşı, vergi güzəştləri və tətillərin verilməsi qərarlaşdırılıb. Vergi güzəştlərinin veriləcəyi sahələr isə sərnişindaşıma və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri, bütün növ istirahət, əyləncə, konsert, teatr, kinoteatr, bütün növ tədris, hazırlıq kursları, psixoloji və uşaq inkişaf mərkəzləri, mehmanxana və mehmanxana tipli obyektlər və digərləridir”.

AZXEBER.COM xəbər verir ki, bu barədə AzTV-nin "Hədəf” verilişinin qonağı olan Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.

Bildirib ki, sözügedən güzəştlər 1 illikdir. "Nazirlər Kabineti (NK) yanında Operativ Qərargah operativ şəkildə vəziyyəti idarə edərkən hər hansı bir sahənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edəcəyi halda, nəzərdə tutulan təşviqlərdən NK-nın qərarı ilə fəaliyyəti məhdudlaşdırılmış istənilən sahə istifadə edə biləcək”, - deyə vurğulayan S.Musayeva təşviq tədbirlərini açıqlayıb:

"2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad olma verilir. Mənfəət vergisi ilə bağlı 75 faizlik güzəşt nəzərdə tutulur. Bu güzəştlə yanaşı, sahibkarlıq subyektlərinə ötən ilin nəticələrinə görə hesablanmış mənfəət vergisinin ödənilmə müddətinin sentyabra kimi təxirə salınması (martın 31-nə kimi ödəniş edilməli idi) , bu il ərzində mənfəət vergisi ödəyicilərinin cari vergilərin ödənilməsi ilə bağlı öhdəliyinin aradan qaldırılması, həmin sahibkarlıq subyektlərinin vergilər, sosial sığorta üzrə bu günə nə borcu varsa, həmin borclar üzrə faizlərin hesablanmasının 1 yanvar 2021-ci ilə qədər dondurulması kimi mühüm təkliflər var”.

Vergi siyasəti Baş İdarəsinin rəisinin sözlərinə görə, mikrosahibkarlıq subyektləri bu təşviq paketində xüsusi kateqoriya kimi ayrılıb: "Onların vergi yükünün 50 faiz azaldılması, 1-ci və 2-ci rüb üzrə artıq hesablanmış, aşağı dərəcə ilə hesablanmalı olan sadələşmiş vergi üzrə həm hesabatın verilməsi, həm vergilərin ödənilməsi müddətinin sentyabrın 1-dək təxirə salınması, pandemiyadan zərər çəkmiş bütün sahibkarlıq subyektlərinin, hətta yalnız pandemiyadan zərər çəkənlərin deyil, bütün sahibkarlıq subyektlərinin bu dövrdə dezinfeksiya, hər hansı profilaktik tədbirlərin görülməsi ilə bağlı çəkilən xərclərin məhdudiyyət qoyulmadan gəlirdən çıxılması nəzərdə tutulur”.

Samirə Musayeva qeyd edib ki, qanunda sosial xarakterli istiqamət isə xüsusilə zəruri olan tibbi və ərzaq məhsullarının ölkəyə idxalının əlavə dəyər vergisindən azad olunmasını müəyyən edən normalardır.

"İctimai iaşə obyektlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri ola bilsin ki, müəyyən məhsullar almışdılar, fəaliyyətləri dayandırıldı, məhsullar qalıb xarab oldu. Bu gün əgər vergi qanunvericiliyində bu növ məhsulların ƏDV ödənilməklə alındığı və əvəzləşdirilmə aparıldığı halda xarab olması vergiyə cəlb olunan əməliyyat idisə, sahibkarlıq subyektlərinin bu dövrdə xarab olan bütün məhsullara görə əvəzləşdirdiyi ƏDV qüvvədə qalır, heç bir əlavə hesablama aparılmır.

Yaxud daşıma sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergisi 50 faiz aşağı salınır, amma sual yaranırdı ki, bəs ilin əvvəlindən bir illik müddətinə fərqlənmə nişanlarının məbləğini ödəyən sahibkarlar necə olacaq?

Qanun layihəsində fəaliyyətin dayandırıldığı müddət müddət axınına daxil edilmir, əvvəlki dövrdə ödənilmiş vergi azaldılmış dərəcə ilə yenidən haqq-hesab edilir, növbəti dövrlərin vergi öhdəliyi ilə əvəzləşdirilir”.

Qurum rəsmisi bildirib ki, sahibkarlıq subyektlərinə sosial sığorta ilə bağlı güzəştlərin verilməsi nəzərdə tutulur: "1 yanvar 2021-ci il tarixə qədər qeyri-muzdlu sahədə çalışan sahibkarlıq subyektlərinin sosial sığorta yükü əhəmiyyətli dərəcədə aşağı salınır. Misal üçün, tikinti sahəsində, ticarət sektorunda sosial sığorta yükü minimum əməkhaqqının 50 faizindən 25 faizə salınır, digər sahələrdə minimum əmək haqqının 25 faizindən 15 faizə salınır”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"