Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı

İQTİSADİYYAT
14:49 12.08.2020
595
Azərbaycan Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir.

İqtisadiyyat Nazirliyindən AZXEBER.COM-a daxil olan məlumata görə, avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49.421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.

Qeyd edilməlidir ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111.209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106.907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:17 24.09.2020

Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı

14:05 24.09.2020

Mikayıl Cabbarov: “İqtisadi geriləmə gözlədiyimizdən az olacaq"

14:00 24.09.2020

Canlı efirdə aktrisaya evlilik təklifi edildi - VİDEO

13:58 24.09.2020

Mikayıl Cabbarov: “Gələn il vacib sərmayə qərarı üçün işlər yekunlaşacaq”

13:54 24.09.2020

"Uçurum" və "Bir qadın"ın yeni bölümündə nələr olacaq? - VİDEO

13:50 24.09.2020

Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq?

13:47 24.09.2020

Kanadada koronavirusun ikinci dalğası elan olundu

13:34 24.09.2020

"AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib - FOTO

13:31 24.09.2020

46 yaşlı kişi universitetə qəbul oldu - FOTO

13:25 24.09.2020

Təcavüzə uğrayan qadının hekayəsi canlı yayımda hər kəsi ağlatdı - VİDEO

13:18 24.09.2020

Suriyadan Qarabağa erməni silahlıları gətirildi - Azərbaycana qarşı döyüşmək üçün

13:17 24.09.2020

Bakıda üç yaşlı qızı oğurlamaqda təqsirləndirilən qadına hökm oxundu

13:14 24.09.2020

Prezident AAYDA-ya 12,5 milyon manat ayırdı

13:14 24.09.2020

Azərbaycanlı stilist Bülent Ersoyu bəzədi - FOTO

13:09 24.09.2020

Onu işdən qovan müdirinin evinə gəldi, ailəsinin gözü önündə... - Bakıdakı dəhşətli qətlin təfərrüatı

12:58 24.09.2020

Mübariz Mənsimovun adamları jurnalisti hədələyir - Fotolar

X Mostbet