Sahibkarlara maliyyə dəstəyi üçün 139 min vergi ödəyicisi müraciət edib

İQTİSADİYYAT
17:26 23.05.2020
833

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər nazirliyə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 872 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 111 322 fərdi (mikro) sahibkar, ümumilikdə 139 194 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 256 873 işçini əhatə edən 27 872 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,35 mln manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,18 mln manat təşkil edir. Mayın 22-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 23 065 vergi ödəyicisinə 200 917 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 75,34 mln manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 111 322 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 59,72 mln manat təşkil edir. Mayın 22-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 57,47 mln manat vəsaitin 99 008 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:25 16.07.2020

Gürcüstanın XİN başçısı: “Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları dərhal dayandırılmalıdır”

17:25 16.07.2020

İlham Əliyev: Azərbaycan xalqının səbrinin həddi var

17:22 16.07.2020

“Fiaskoya uğramış ideyaların danışan şəkli” - Tovuzdan reportaj

17:08 16.07.2020

Azərbaycanda daha 493 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi

17:01 16.07.2020

Azərbaycan Prezidenti: "ABŞ-la münasibətlər çox yaxşı səviyyədədir"

16:58 16.07.2020

Prezident “Böyükşor” yarımstansiyasının açılışını etdi - FOTOLAR

16:53 16.07.2020

Nazirlik şəxsi Wi-fi şəbəkəsinə hücumlar barədə xəbərdarlıq etdi

16:37 16.07.2020

2 gün öncə şəhid olan gizirimizin qız övladı dünyaya gəldi: 8 ildən sonra

16:36 16.07.2020

Türkiyənin Milli Müdafiə naziri azərbaycanlı general və heyəti qəbul etdi - VİDEO

16:35 16.07.2020

Prezident: "Bəzi hallarda səfirliklərimizdə çalışanlar öz işinə laqeyd yanaşırlar"

16:33 16.07.2020

Dövlət başçısı: "Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər"

16:20 16.07.2020

Prezident Ceyhun Bayramovu videoformatda qəbul etdi

16:15 16.07.2020

Xalqımızla birlikdə Ali Baş Komandan cənab İlham Əliyevin və müzəffər ordumuzun arxasındayıq!

16:10 16.07.2020

Ermənistanın Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına CAVAB

16:04 16.07.2020

Azərbaycan Müdafiə naziri müavini Türkiyəyə gedib, Hulusi Akarla görüşüb

15:50 16.07.2020

Yeni təyin olunan XİN rəhbəri kimdir - DOSYE

X Mostbet