'Sahil' metrosunda yenilik

Bütün Xəbərlər
11:25 08.12.2012
2158
Bakı metropoliteninin «Sahil» stansiyasında eskalatorların sürətinin azaldılması ilə bağlı məsələ həllini tapıb.
«APA-Economics»in məlumatına görə, metropolitenin baş mühəndisi Elbrus Muradov qeyd edib ki, bununla bağlı tenderdə «Kaskad-3» istehsalat kommersiya şirkəti qalib gəlib.

«Sürətin azaldılması məqsədilə hər eskalatora gücü 110 kVt olan asinxron elektrik mühərriklər qoyulacaq. Hazırda sürəti 0,94 m/saniyə olan eskalatorların sürəti bununla 0,75 m/saniyə olacaq», - deyə E.Muradov bildirib.

Metropoliten rəsmisi həmçinin qeyd edib ki, bu addımın atılmasında məqsəd eskalatordan istifadə edən sərnişinlərin təhlükəsizliyini daha da möhkəmləndirməkdir: «Bildiyiniz kimi, «Sahil» dənizkənarı Milli parka ən yaxın çıxışı olan stansiyadır. Buradan yaşlılar, uşaqlı valideynlər də çox istifadə edir. Müşahidələrimiz göstərir ki, sürətin bir qədər də azaldılmasına ehtiyac var. Artıq belə addım «Elmlər Akademiyası» stansiyasında atılıb və müsbət nəticə verib. Əminəm ki, «Sahil» stansiyasında da sürət aşağı salındıqdan sonra sərnişinlərin təhlükəsizliyi ən optimal səviyyəyə qaldırılacaq».

Metropolitenin baş mühəndisi onu da xüsusi vurğulayıb ki, yaxın illərdə «Sahil» stansiyasının eskalatorlarının da istismar müddəti başa çatacaq və onların daha müasir analoqları ilə əvəzlənməsi gündəmə gələcək: «Lakin bu zaman həmin mühərriklər lazımsız avadanlığa çevrilməyəcək. Onu «Nizami» stansiyasının eskalatorlarına tətbiq etmək mümkün olacaq».

E.Muradovun sözlərinə görə, «Sahil» stansiyasında eskalatorların mühərrikinin dəyişdirilməsi sərnişinlərin hərəkətinə heç bir maneə törətməyəcək. Hər eskalatorun mühərrikinin əvəzlənməsi bir həftəyə yaxın vaxt aparacaq. Hər üç mühərrik növbə ilə yanvar ayının sonunadək eskalatorlara qoyulacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb