Sahil ticarət mərkəzi yanır - Yenilənir+Fotolar

Sahil ticarət mərkəzi yanır -  Yenilənir+Fotolar
Bütün Xəbərlər
11:15 12.03.2014
1710
Bu dəqiqələrdə Sahil ticarət mərkəzinin ikinci mərtəbəsində güclü yanğın baş verib.
AZXEBER.COM İnterpress.az-a istinadən xəbər verir ki, əraziyə bir neçə yanğınsöndürən maşın cəlb olunub. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, hazırda Ticarət mərkəzi ətrafında avtomobillərin və piyadaların hərəkəti məhdudlaşdırılıb.
***
Trend xəbər verir ki, "Sahil" Ticarət Mərkəzində yanğın baş verib.
Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, hadisənin baş verdiyi əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hələlik stansiyaya "Sahil" Ticarət Mərkəzində bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.
***
Artıq Səbail və Yasamal rayonlarının yanğınsöndürmə briqadaları da hadisə yerinə gedib və binada olan bütün sakinlər evakuasiya olunub.
***
Bakı Metropolitenindən Trend-ə bildiriblər ki, stansiyada vətəndaşların gediş-gəlişi üçün hələ ki, problem yaranmayıb.Yanğın baş verən binanın 3-cü mərtəbəsində anbarlar da yerləşir.
Şahidlərin bildirdiyinə görə, hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşın və 2-dən çox təcili tibbi yardım maşını cəlb olunub.
Hələ ki yanğını söndürmək mümkün olmayıb və yanğın yenidən güclənib.
***
Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, Səbail rayonunda "Sahil" ticarət mərkəzində yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və vasitələri cəlb olunub. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR