Şahin Diniyevlə Mourinyonun nə əlaqəsi?

GƏNCLİK
13:58 28.12.2011
1904

Latviyanın “Yurmala” klubunun direktoru Andrey Kolidzey futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin sözügedən komandanı çalışdırması perspektivini dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:“Biz klubumuza təcrübəli, yaxşı bir mütəxəssisin rəhbərlik etməsində maraqlıyıq. Diniyevlə bağlı məsələni nə təkzib, nə də təsdiq edə bilərəm. Nəzəri cəhətdən o, “Yurmala”nı çalışdıra bilər. Elə Mourinyo da. Amma komandanın yeni baş məşqçisini tam dəqiqliyi ilə yanvarın əvvəlindəki toplanış zamanı açıqlayacağıq”.Qeyd edək ki, hazırda bu klubla Diniyev arasındakı danışıqların davam etdiyi bildirilir. Hansısa problem olmasa, yanvarın 10-dan sonra azərbaycanlı mütəxəssisin sözügedən klubla rəsmi müqavilə bağlaması gözlənilir.

OXŞAR XƏBƏRLƏR