Şahin İsmayılov: "Azərbaycan gəncləri istənilən formada terroru qətiyyətlə pisləyir"
GƏNCLİK
20:57 20.10.2011
1711
Bu gün - 20 oktyabr 2011-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov ittifaqın İdarə Heyəti ilə birgə Türkiyənin Azərbaycandakı Səfirliyini ziyarət etmiş, səfirliyin III katibi xanım Bahar Doğanla görüşmüşlər. Qardaş Türkiyədə baş vermiş qanlı terror aktı ilə bağlı azərbaycanlı gənclərin başsağlığını Türkiyə xalqına və səfirlik rəsmisinə çatdıran ATGTİ nümayəndələri bildirdirmişlər ki, Azərbaycan gəncləri istənilən formada terroru qətiyyətlə pisləyir. Görüşdə vurğulandı ki, bu problemə qarşı birgə mübarizə aparılmalıdır.