“Gənc yalnız uğurlu liderin yanında uğur qazana bilər” – bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib. Oölkənin bugünkü fəal, intellektual və uğurlu gəncləri və onların əhatə etdiyini vurğulayıb.
“Son zamanlar “gənclik” ölkədə baş verən heç bir prosessdən kənarda qalmayaraq, “trend”-ə çevrilib. Mütəmadi olaraq gənclər haqqında yazılır, onların problemləri işıqlandırılır, onların iştirakı ilə bir çox tədbirlər təşkil olunur, eləcə də, onların inkişafı naminə dövlət və ictimai alətlər inkişaf etdirilir. Digər tərəfdən gənclər özləri də fəal olmağa və ölkənin ictimai-siyasi həyatında daha da fəal iştirak etməyə maraq göstərirlər.
Bugün, savadlı gənclər, öz uğurlu gələcəyinə təsir etmək imkanı olan əhəmiyyətli resursdur.
Bugün gənc nəticəni tez görməyi və onu tez əldə etməyi arzulayır, ona stabil və uğurlu gələcək lazımdır, o hər zaman uğurun “yanında olmaq” istəyir, lakin “uğursuzuqla” üzləşdikdə dərhal “günahkar” axtarır.
Sözsüz ki, uğura istiqamətləmək “uğurlu lider” obrazını tələb edir. Gənc üçün “uğurlu lider” obrazı çox vacibdir, əks halda – “uğursuz” obraz onun üçün şəxsi inkişafında “uğursuz ssenari”-si yarana bilər. Bu yalnız işdə, biznesdə, təşkilatda yaradılmış “uğurlu obraz”-lara aid deyil, eyni zamanda uğurlu siyasi lider, xalqın liderlərinə də aid edilir - əgər şirkət və dövlətin rəhbəri idarə etdiyi şirkəti və ya ölkəni uğurlu inkişafa və stabilliyə gətirib çıxarmırsa, o zaman onunla birlikdə olanlar necə uğurlu ola bilər? Gənc yalnız uğurlu liderin yanında uğur qazana bilər!