Şair Xəlil Rza Ulutürkün doğum günüdür

Şair Xəlil Rza Ulutürkün doğum günüdür
MƏDƏNİYYƏT
10:04 21.10.2025
590
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair Xəlil Rza Ulutürkün doğum günüdür.
 
AZXEBER.COM xəbər verir ki, bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 93 il ötür.
 
O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olub.
 
Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Ona babası Xəlil öz adını verib. Xəlil qayğı və nəvazişlə böyüyüb. Yeddi yaşı olanda 2 nömrəli Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü olub. Şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyadıb. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışıb.

Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə "Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. 

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.

1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin "Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona "Əməkdar incəsənət xadimi” adı verilir. 1991-ci il mayın 6-da şair "Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. 
 
Vətənini, millətini canından artıq sevən, "Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal” ordeni ilə təltif edilib.
 
Aysel


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı