Çöldə yağan yağış 3-cü mərtəbədən 2-ci mərtəbəyə, ordan da birinci mərtəbəyə damır.
Bu vidoenu sakin özü çəkib. Üç mərtəbəli bina qəzalı vəziyyətdədir.
Tikilinin sakinləri deyirlər ki, binanın yaşayışa yararsız olmasıyla bağlı FHN-nin rəyi var.
Sakinlər deyirlər ki, tikilidə yerimək belə təhlükəlidir. Ayaq basanda hər an döşəmənin çökməyindən qorxurlar.
Bina o qədər köhnədir ki, müvəqqəti təmirin də faydası olmur. Ən böyük qorxuları isə yağan yağışlardır.
/Xəzər TV











































