Şakira millimizin üzvləri ilə görüşdü

Şakira millimizin üzvləri ilə görüşdü
İDMAN
14:03 16.10.2012
1615

AFFA ve UNICEF artiq bir ildən çoxdur ki əməkadaşlıq edir və bu əməkdaşlıq çərçivəsində bir neçə tədbir keçirilib və tədbirlərin əsas hissəsini tədris yönümlü təlimlər təşkil edir.AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 12-də Bakıda keçirilən növbəti tədbir zamanı UNICEF-in xoşməramlı səfiri Şakira təhsilin əhəmiyyətini və onun qızların inkişaf etməsinə necə yardım etməsini müzakirə etmək üçün UNICEF tərəfindən dəstəklənən 17 yaşadək qızlardan ibarət futbol liqasının bir qrup oyunçusu ilə görüşüb.

Şakira sağlam həyat tərzi haqqında məlumatlılığı, qızların milli miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə edib.

"İdman həm qızlar, həm də oğlanları əhatə etmək üçün gözəl vasitədir və qadın olduqlarına görə üzləşdikləri məhdudiyyətlər üzündən bir çox qızların edə bilmədiyi digərləri ilə sosial ünsiyyət qurmaq imkanını təmin edə bilər. Təhsil kimi idman da qızlara cəmiyyətdə bərabər hüquqlu oyunçu olmağa yardım edə bilər" - Şakira deyib.

UNICEF və Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) inklüziv idman mühitini və qızların idmanda iştirakını təşviq etmək üçün öz səylərini birləşdiriblər. Bu səylərin bir hissəsi olaraq UNICEF yeniyetmə qızları sağlam həyat tərzi, yaşam bacarıqları və uşaq hüquqları haqqında biliklər vasitəsilə səlahiyyətləndirir. Milli liqanın qızlardan ibarət oyunçuları nümunəvi qızlar və qızların idmana cəlb edilməsinin təşviqatçıları qismində çıxış edirlər.

Qız oyunçularla söhbət zamanı müzakirə olunan önəmli mövzulardan biri də erkən nikahlar məsələsi olub. Son zamanlar aparılmış tədqiqat zamanı məlum olub ki, erkən nikahlar müşahidə olunmaqda davam edir, çünki bəzi valideynlər hələ də öz qızlarının təhsillərini davam etdirməsini deyil, erkən yaşda nikah qurmasını məqbul hesab edirlər və düşünürlər ki, təhsilə daha çox oğlanların ehtiyacı var. Təhsil yeniyetməlik dövründə hamiləlikdən və uşaq doğumundan qaynaqlanan sağlamlıq üçün riskləri, sosial məhdudiyyətləri və qızlar və onların dünyaya gətirdiyi uşaqlar üçün digər zərərləri şərtləndirən qızlar arasında erkən nikahların qarşısının alınmasına yardım edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Suriyada İŞİD-in hücumları nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb
05:30 26.11.2026
Suriyada İŞİD-in hücumları nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb
Wi-Fi routerini gecələr söndürmək lazımdır – Çoxlarının bilmədiyi SƏBƏB
05:16 26.11.2026
Wi-Fi routerini gecələr söndürmək lazımdır – Çoxlarının bilmədiyi SƏBƏB
Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
04:50 26.11.2026
Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
04:33 26.11.2026
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
Pezeşkian tələbənin etirazından sonra səhnəni tərk etdi
04:18 26.11.2026
Pezeşkian tələbənin etirazından sonra səhnəni tərk etdi
Rusiya səfirliyi Moldovada təxribat hazırlandığını iddia edib
04:00 26.11.2026
Rusiya səfirliyi Moldovada təxribat hazırlandığını iddia edib
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
03:43 26.11.2026
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
2026-cı ilin sonuna qədər daha çox pulu olacaq BÜRCLƏR
03:28 26.11.2026
2026-cı ilin sonuna qədər daha çox pulu olacaq BÜRCLƏR
Tadevosyan: Ermənistan "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsində maraqlıdır
03:12 26.11.2026
Tadevosyan: Ermənistan "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsində maraqlıdır
Məcburi köçkünlərlə ev sahibi arasında gərgin anlar - VİDEO
02:50 26.11.2026
Məcburi köçkünlərlə ev sahibi arasında gərgin anlar - VİDEO
Göygöldə evdən gənc qadının meyiti tapıldı
02:38 26.11.2026
Göygöldə evdən gənc qadının meyiti tapıldı
Əraqçi: İsrail ABŞ-ı daha bir müharibəyə cəlb etmək istəyir
02:23 26.11.2026
Əraqçi: İsrail ABŞ-ı daha bir müharibəyə cəlb etmək istəyir
Keçmiş 5 nömrəli xəstəxanada nə vaxt yenidən istifadəyə veriləcək - VİDEO
02:12 26.11.2026
Keçmiş 5 nömrəli xəstəxanada nə vaxt yenidən istifadəyə veriləcək - VİDEO
Qavi Bakıdakı azarkeşlərdən danışdı: "İnsanların sevgisini görmək bizi sevindirir"
01:50 26.11.2026
Qavi Bakıdakı azarkeşlərdən danışdı: "İnsanların sevgisini görmək bizi sevindirir"
Bürclər bu günə nə deyir?
01:36 26.11.2026
Bürclər bu günə nə deyir?
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - FOTOLAR
01:19 26.11.2026
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - FOTOLAR