Şakiranın keçmiş sevgilisi onu məhkəməyə verdi

MAQAZİN
13:35 07.09.2012
2196
Dünya şöhrətli müğənni Şakiranın keçmiş nişanlısı onu məhkəməyə verib. O, iddiasında həyatının ən yaxşı günlərini müğənniyə sərf etdiyinə görə 45 milyon dollar məbləğində kompensasiya tələb edib. Müğənni ilə 10 ilə yaxın görüşən Argentinanın keçmiş prezidentinin oğlu Fernando de la Rua Antonio özünün maliyyə iddiasını şərh edərək bildirib ki, Şakira ilə birgə yaşadığı dövrdə özünün reklam agenti karyerasını zərbə altında qoyaraq sərfəli müqavilə və təkliflərdən imtina etməli olub. Halbuki onlar ona 200 milyon dollardan artıq gəlir gətirə bilərdilər. De la Rua bunu sevgilisinin agenti kimi özünü onun müğənni karyerasına həsr etdiyi üçün etdiyini bildirib.
Keçmiş prezidentin oğlu ona vurulan ziyanın müqabilində birlikdə olduqları müddətdə qazanılan 250 milyon dolların 18 faizini, yəni 45 milyon dollar tələb etməyin tamamilə qanuni olacağını deyir.
Lakin keçmiş adaxlının iddiaları bununla bitmir. De la Rua onun Şakira ilə birlikdə aldıqları Uruqvaydakı mülkə və Nyu-Yorkdakı mənzillərə də iddialıdır.
Şakiranın vəkili isə müğənninin Rua ilə münasibətlərinin başlanğıcında imzaladıqları nikah müqaviləsinə oxşar razılaşmada şərt kimi qoyulmuş məbləğdən əlavə heç bir vəsait ödəməyə məcbur edilmədiyini deyib.
Xatırldaq ki, Antonio de la Rua və Şakira iki il bundan əvvəl ayrılıblar. Hazırda müğənni "Barselona" futbol klubunun müdafiəçisi Xerar Pike ilə görüşür və ondan uşaq gözləyir. Mətbuatda yayılan xəbərə görə, o, körpəni 2013-cü il yanvarın sonlarında dünyaya gətirəcək.

OXŞAR XƏBƏRLƏR