Tədbirdə sağlam ailəyə əngəl olan erkən nikah, məişət zorakılığı problemləri barədə maarifləndirmə söhbətləri aparılıb.
Müasir dövrdə sosiallaşmanın ən əsas təkanverici qüvvəsi ailədir. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiyası üçün psixiloji, ideoloji, sosioloji, müəyyən mənada dini təsir və təzyiqlər, həmçinin, kənar müdaxilələrin olması əksər hallarda maneələrə səbəb olur. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihəmizin qayəsini təşkil edir.
Bu məqsədlə layihəyə 15-29 yaşlı gənclər cəlb olunmuş, tədbirdə onlara məlumatlandırma materialları da paylanılıb.