‘Sağlam ailə modeli yaradaq!’ adlı tədbir keçirildi

‘Sağlam ailə modeli yaradaq!’ adlı tədbir keçirildi
Bütün Xəbərlər
14:48 13.06.2016
821
Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 07-09 iyun 2016-cı ildə Masallıda “Sağlam ailə modeli yaradaq!” adlı tədbir həyata keçirilib. 
Tədbirdə sağlam ailəyə əngəl olan erkən nikah, məişət zorakılığı problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. 
Müasir dövrdə sosiallaşmanın ən əsas təkanverici qüvvəsi ailədir. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiyası üçün psixiloji, ideoloji, sosioloji, müəyyən mənada dini təsir və təzyiqlər, həmçinin, kənar müdaxilələrin olması əksər hallarda maneələrə səbəb olur. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihəmizin qayəsini təşkil edir. 
Bu məqsədlə layihəyə 15-29 yaşlı gənclər cəlb olunmuş, tədbirdə onlara məlumatlandırma materialları da paylanılıb.
OXŞAR XƏBƏRLƏR