“Sağlam ailə modeli yaradaq!” layihəsinə start verilir

GƏNCLİK
23:55 26.05.2016
2177
Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam ailə modeli yaradaq!” adlı layihənin icrasına start verir. 
AZXEBER.COM-un məlumatına görə, layihə erkən nikah probleminə həsr olunur. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihəmizin qayəsini təşkil edir. 
Layihə 3 ay müddətində icra olunacaq. Bakı ilə yanaşı regionlarda da tədbirlər təşkil olunacaq. Layihəyə 15-29 yaşlı gənclər cəlb olunacaq.

OXŞAR XƏBƏRLƏR