Sağlamlığı məhdud olan gənclərlə bağlı sərgi keçiriləcək

Sağlamlığı məhdud olan gənclərlə bağlı sərgi keçiriləcək
GƏNCLİK
11:56 22.11.2013
1538

Sağlamlığı məhdud istedadlı gənclərin cəmiyyətə inteqrasiyasına töhvə vermək, onların cəmiyyətimizə lazımlı olduğunu hiss etdirmək məqsədi ilə gənc fəal Lalə Babayeva Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun “C” kateqoriyası – fərdi layihələri çərçivəsində “Biz Də Varıq!” adlı rəsm sərgisi təşkil edəcəkdir.

AZXEBER.COM-un məlumatına görə, sərginin mahiyyəti sağlamlığı məhdud gənc rəssamların rəsm əsərlərini ictimaiyyətə nümayiş etdirməkdir.

Sərgi 23 noyabr, 2013-cü il tarixində, saat 11:00 - da LN İncəsənət Mərkəzində keçiriləcəkdir. Tədbirin qonaqları Azərbaycan Respublikası Prezident Yanında Gənclər Fondu, Ombudsman Aparatı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT nümayəndələri və gənc fəallar olacaqdır.

Qeyd edək ki, Lalə Babayeva Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının üzvüdür.

OXŞAR XƏBƏRLƏR