Yəmən prezidenti Əli Abdulla Saleh Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının onun hakimiyyətdən getməsini nəzərdə tutan planını qəbul edib. Əli Abdulla Saleh Yəmən Dövlət Televiziyasına müsahibəsində deyib ki, vitse-prezident Abdurab Mənsur Hadiyə bu planı imzalamaq və müxalifətlə danışıqlar aparmaq səlahiyyəti verib. O, yaxın vaxtlarda ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin keçiriləcəyinə ümid etdiyini bildirib. Ancaq Əli Abdulla Saleh prezident postunu rəsmən nə vaxt tərk edəcəyini açıqlamayıb.
//lent.az