Salyan ‘padişah’ı avtovağzalı şadlıq sarayı etdi - icra başçısından unikal addım FOTOFAKT

Salyan ‘padişah’ı avtovağzalı şadlıq sarayı etdi - icra başçısından unikal addım  FOTOFAKT
Bütün Xəbərlər
15:21 19.12.2015
4766

Avtovağzal, ticarət mərkəzi və şadlıq sarayı – kim necə istəyirsə buranı istifadə edə bilər. Amma buranın xərci və hazırlanması Azərbaycanın dövlət büdcəsi hesabına yaranıb. Söhbət Salyan rayonunun mərkəzində yerləşən avtovağzal kopleksindən gedir.

AZXEBER.COM xəbər verir ki, hələ iki il bundan öncə mətbuat səhifələrində tirajlanan bu görüntülərin yenidən aktuallıq qazanmasının səbəblərindən biri də rayonun icra başçısı Tahir Kərimovun ” Gül Bayramı ”nda çəkilən fotoşəkili oldu. Məlumat üçün bildirək ki, həmin bayram günü Heydər Əliyev parkına gələn icra başçısını məktəblilərin qeyri-ənənəvi üsulla qarşılaması bütün mətbuatın diqqətini çəkmişdi. Azyaşlılar icra başçısının başının üstünü güllərlə hörərək, padişahlar dönəmindəki qarşılama mərasimini gerçəkləşdirmişdilər ki, bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmamışdı.

Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimli

İndi isə rayon ərəzisində yerləşən avtovağzal kompleksinin şadlıq sarayına çevrilməsi ilə bağlı müzakirələr yenidən qızışıb.

Araşdırmamız zamanı aydın oldu ki, əvvəllər dövlət müəssisəsi olan Salyan avtovağzalı səhmdar cəmiyyətə çevrildikdən sonra özəl mülk kimi istifadə edilir. Belə ki, avtovağzalın həyəti ödənişli maşın dayanacağına çevrilib. Ətrafda isə bazar fəaliyyət göstərir. Taksi sürücüləri isə avtovağzaldan kənara qovulub və onlar ensiz Bakı-Astara yolunu demək olar ki, bağlayırlar və burda nəqliyyatın hərəkətinə ciddi problemlər yaradırlar. Buna baxmayaraq, küçədə duran taksi sürücülərinin heç biri haqq vermədən orda dayana bilməz.Yəni bir sözlə dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilən və istifadəyə verilən avtovağzal binası öz təyinatından başqa bütün işlər üçün istifadə edilir.

Salyan rayonun mərkəzində yerləşən avtovağzal kompleksi 

Əlbətdə avtovağzalın şadlıq sarayına çevrilməsi həm də Nəqliyyat Nazirliyinin səlahiyyəti çərçivəsində olan bir məsələdir. Ancaq bu da bir gerçəklikdir ki, Azərbaycanın istənilən bir rayonunda son qərarları hər zaman icra başçıları verirlər. Və bu avtovağzal kompleksinin də icra başçısının razılığı və icazəsi ilə şadlıq evi kimi istifadəyə verilməsi heç də təəəcüb doğurmamalıdır. Hər halda özünü təntənəli şəkildə kiçik “padişah” elan edən Tahir Kərimovun avtovağzalı şadlıq evinə çevirməsi onun daha bir unikal işə qol qoyduğunun göstəricisidir.

AZXEBER.COM olaraq sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən həmin fotoları yenidən təqdim edirik:

OXŞAR XƏBƏRLƏR