Salyanda 3 nəfər kanalizasiyaya düşdü: 1-i öldü, 2-si yaralandı

Salyanda 3 nəfər kanalizasiyaya düşdü: 1-i öldü, 2-si yaralandı
Bütün Xəbərlər
17:30 02.08.2013
1469

Kanalizasiyada faciə: ölən və yaralananlar var.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, bu gün səhər saatlarında Naftalan şəhərində, “Çinar” sanatoriyasının ərazisində Naftalan su-kanal idarəsinin 3 əməkdaşı kanalizasiya quyusunda köməksiz vəziyyətdə qalıb.Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.Əməliyyat nəticəsində 1956-cı il təvəllüdlü İsgəndərov Saməddin Mayıl oğlunun cəsədi və müxtəlif xəsarətlər almış 2 nəfər quyudan çıxarılıb.Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.Hazırda faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR