Məhz “Facebook” və “Twitter” sosial şəbəkələri vasitəsilə ən müxtəlif məlumatları tez və operativ şəkildə əldə etmək və eyni zamanda yaymaq mümkündür. SAM-ın “Facebook” və “Twitter” kimi qlobal informasiya şəbəkələrinə üzv olmaqda məqsədi Mərkəzin son elmi araşdırmaları, yeni nəşrlər, beynəlxalq tədbirlər, əhəmiyyətli layihələri haqda ölkə və dünya ictimaiyyətini məlumatlandırmaq, onlara aktual yerli və beynəlxalq ictimai-siyasi proseslərə dair ekspert rəyləri ilə bölüşməkdir. //lent.az