SAM-da Avropanın bir sıra beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib

GƏNCLİK
14:30 06.09.2011
1546
Bu gün İspaniya, İtaliya, İslandiya, Estoniya və Ukraynanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri və parlament üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) görüş keçirilib. SAM-dan AZXEBER.COM-a verilən məlumata görə,qonaqlara SAM-ın fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilib. Beyin mərkəzləri arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin vacibliyi önə çəkilib. Görüşdə Cənubi Qafqaz regionun geosiyasəti, Avropa İttifaqının region ölkələri ilə münasibətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı davam edən danışıqlar prosesində mövcud durum, Yaxın Şərq regionunda qeyri-sabit vəziyyət, beynəlxalq təhlükəsizlik və digər bu kimi əhəmiyyət kəsb edən məsələlər müzakirə mövzusu olub. Öz növbəsində qonaqlar “Avropa İttifaqının Xəzər regionuna baxışı: Yumşaq Güc yoxsa Realpolitik” mövzusunda sentyabrın 7-də Bakıda keçiriləcək konfrans, eyni zamanda həyata keçirəcəkləri layihələrlə bağlı məlumat veriblər. Görüşdə həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR