Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Siyasi elmi mühazirələr” layihəsi çərçivəsində “Siyasi münaqişə, münaqişələrin həlli yolları: münaqişəyə sistemli və elmi yanaşmalar” mövzusunda elmi-praktiki seminar keçirilib.AZXEBER.COM-un məlumatına görə, seminarda SAM-ın xarici siyasətin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov mövzuya dair mühazirə ilə çıxış edib, münaqişələrin həlli yolları barədə iştirakçılara ətraflı məlumat verib.