SAM Finlandiyada Azərbaycanı təmsil edəcək

GƏNCLİK
11:53 22.08.2011
1599

Avqustun 25-i Finlandiyanın Turku şəhərində Turku İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə “Avropa regionunun enerji təhlükəsizliyi” mövzusunda illik beynəlxalq enerji konfransı keçiriləcək.

SAM-dan AZXEBER.COM-a verilən məlumata görə, tədbirdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Gülmira Rzayeva Azərbaycanı təmsil edəcək. Konfransın keçirilməsindən məqsəd – MDB ölkələrindən olan enerji məsələləri üzrə ekspertləri bir araya gətirərək onlarla fikir mübadiləsi aparmaq və Finlandiyanın ekspert və akademik dairələrini MDB ölkələrinin enerji siyasəti haqda məlumatlandırmaqdır.

OXŞAR XƏBƏRLƏR