SAM-ın əməkdaşı Corc Marşal Mərkəzində təhlükəsizlik mövzusunda tədqiqatlar aparacaq
MEDİA
12:03 16.09.2011
1812
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev sentyabr-dekabr aylarında Almaniyanın Qarmiş-Partenkirxen şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzi tərəfindən Ali Təhlükəsizlik Proqramında iştirakla bağlı dəvət alıb. SAM-ın mətbuat xidmətindən verilən məlumata görə, proqram çərçivəsində regional və beynəlxalq təhlükəsizlik sahəsində Avropa və Amerikanın aparıcı elm adamlarının məruzələri, ABŞ-a təcrübə səfəri nəzərdə tutulub. Proqramın sonunda iştirakçıların təhlükəsizlik mövzusunda təqdimatlarının keçirilməsi nəzərdə tutulub.