SAM-ın nümayəndə heyətinin Çin institutunun direktorları ilə görüşdü

SAM-ın nümayəndə heyətinin Çin institutunun direktorları ilə görüşdü
Bütün Xəbərlər
14:38 23.01.2013
812

SAM-ın nümayəndə heyətinin Çinə səfərinin ikinci günü Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunda görüşlə başlamışdır.

Bu barədə AZXEBER.COM-a SAM-ın mətbuat xidmətindən məlumat verilib.

İnstitut rəhbərliyi ilə görüş zamanı SAM-ın direktoru F.Məmmədov Azərbaycanın müstəqillik qazandığı gündən indiyə qədər əldə etdiyi sosial-iqtisadi və siyasi nailiyyətlərindən danışıb. O xüsusi olaraq qeyd edib ki, Çində Azərbaycan postsovet məkanı kontekstində öyrənilir, lakin artıq Çində Cənubi Qafqaz və Azərbaycan üzrə mütəxəssislərin yetişdirilməsi vaxtı çatdırıb.

Azərbaycanın iqtisadi potensialı, qeyri-neft sektorunun inkişafı, Azərbaycan-Çin əlaqələrinin genişlənmə imkanları Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutu mütəxəssislərinin marağını xüsusilə cəlb edib. O cümlədən, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın İranın nüvə proqramı ilə bağlı mövqeyi və Suriyadakı proseslərə dair bir çox sual səsləndirilib.

F.Məmmədov sualları cavablandırıb və Çinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının Azərbaycan tərəfdən yüksək qiymətləndirildiyini xüsusi olaraq qeyd edib.

Daha sonra iki beyin mərkəzləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb. Çin institutu direktorunun müavinləri Sun Li və Li Jinfenq 2013-cü ilin iyun ayında Azərbaycana səfər etmək istədiklərini bildiriblər. Qeyd edək ki, iki beyin mərkəzi bir neçə birgə tədqiqat layihələri həyata keçirir. İmzalama mərasimində Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak edib.

Günün ikinci yarısında Azərbaycandan gələn nümayəndə heyətini və Azərbaycanın Çindəki səfirini ÇXR DİN-nin Avropa və Mərkəzi Asiya ilə əlaqələr şöbəsinin müdiri Janq Xanxuey qəbul edib. Görüş zamanı Azərbaycan-Çin ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə edilmiş, hər iki ölkənin mütəxəssislərinin araşdırması üçün mövzular müəyyən edilib. F.Məmmədov Azərbaycanın BMT TŞ-na müvəqqəti üzv seçilməsində Çinin dəstəyinə görə DİN nümayəndəsinə təşəkkürünü bildirib. O, Avrasiyada inteqrasiya məsələlərində, Asiya və Avropa arasında nəqliyyat dəhlizinin formalaşmasında və eləcə də qeyri-neft sektorunun inkişafında Azərbaycanın artan rolunu xüsusi vurğulanıb. Belə olduğu halda, Azərbaycan-Çin əlaqələri üçüncü bir dövlətdən asılı olmayaraq bərabərhüquqlu tərəflər arasında qarşılıqlı mənfəət əməkdaşlığı kimi davam etməlidir. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə toxunduqda isə F.Məmmədov bildirmişdir ki, BMT TŞ-nın həyata keçirilməyən qətnamələri bütün dünyada təhlükəsizlik sistemini təhdid edir, belə ki, bir ölkəyə qarşı törədilən ədalətsizliyin gələcəkdə başqa çoxmillətli ölkəyə qarşı təkrarlanmaq təhlükəsi var. F.Məmmədov Çinin Azərbaycan kimi BMT-nin münaqişələrin həllində rolunun artmasının tərəfdarı olduğunu vurğulanıb.

Janq Xanui ölkələr arasında qarşılıqlı əlaqələri yüksək qiymətləndirib, Azərbaycanın Çindəki səfirliyinin aktiv fəaliyyətini qeyd etmiş və Azərbaycanın Çinlə bağlı tədqiqat işlərinin fəallığından razılığını bildirib. İki ölkənin bir-biri haqqında daha çox məlumatlanması üçün beyin mərkəzləri arasında tez-tez müzakirələrin təşkil olunmasının tərəfdarı olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR