Şamaxı rəsədxanası açıqlama yaydı: ‘Bu gün insanlar özünü narahat hiss edəcək’

Şamaxı rəsədxanası açıqlama yaydı: ‘Bu gün insanlar özünü narahat hiss edəcək’
Bütün Xəbərlər
12:47 21.12.2012
2494

“İnsanların özünü rahatsız hiss etməsi havada nəmlik dərəcəsinin gözlənilmədən dəyişməsi və təzyiq fərqlərinin əmələ gəlməsi ilə əlaqədardır”

“Son bir həftədə günəşdə aktivlik minimum səviyyəsinə enib. Bununla bağlı olaraq yer kürəsində maqnit qasırğası da azdır”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov verib.    O bildirib ki, Günəş sistemində hansısa hadisə olarsa, bunun nəticəsində 2-3 gün sonra yerdə maqnit qasırğası olur: “Ancaq hazırda Günəşdə sakitlik olduğundan yerdə də maqnit qasırğası olmamalıdır”.   N. Cəlilov bu gün bəzi insanların özlərini rahatsız hiss etməsinin səbəbinin maqnit qasırğası ilə əlaqələndirməsinə də münasibət bildirib. Onun sözlərinə görə, insanların özünü rahatsız hiss etməsi havada nəmlik səviyyəsinin gözlənilmədən dəyişməsi və təzyiq fərqlərinin əmələ gəlməsi ilə əlaqədardır: “Dünyanın axırı ilə bağlı yayılan xəbərlərdən sonra Günəş sistemində baş verən hadisələri daha tez-tez izləyirik. Amma bu günlə bağlı Günəş sistemində ciddi dəyişiklik yoxdur. Günəşdə aktivliyin maksimum fazada olduğuna görə, bu cür sakitliyin olması bir qədər maraqlıdır. Adətən Günəşdəki sakitlikdən bir müddət sonra güclü partlayışlar olur. Amma o partlayışların dalğasının Yerə çatıb-çatmamağını zaman göstərəcək. Günəşi hər iki tərəfdən arası kəsilmədən müşahidə edirik. Əgər Günəşdə partlayış olsa belə, bu, Yerə 3 gündən sonra çatır. Hələlik belə hal müşahidə olunmur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb