Şamaxıda ağır qəza - 1 ölü, 3 yaralı

Şamaxıda ağır qəza - 1 ölü, 3 yaralı
Bütün Xəbərlər
20:11 25.07.2015
1124
Şamaxı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1970-ci il təvəllüdlü Ramik Məmmədovun idarə etdiyi avtomobil yolun ortasındakı dairəvi yol ötürücüsünə çırpılıb. Hadisə zamanı sürücü və sərnişinlər, Qəbələ sakinləri 1966- cı il təvəllüdlü Leyla Ağayeva, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Ədalət Bağırov müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı ağır bədən xəsarəti alan 1973-cü il təvəllüdlü Elnarə Bağırova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sərnişinlərin sözlərinə görə hadisəyə səbəb sürücünün sükan arxasında qəflətən yuxuya getməsi olub.
OXŞAR XƏBƏRLƏR