Bakı-Şamaxı yolunda minik və yük avtomobilləri toqquşub, ağır xəsarət alanlar var.AZXEBER.COM-un məlumatına görə, hadisə yolun 106-cı kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Ağsu rayon sakini, 1980-ci il təvəllüdlü Verdiyev İlham Sabir oğlunun idarə etdiyi 10-BF-424 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Şamaxı sakini, 1990-cı il təvəllüdlü Kərimov Eldar Arif oğluna məxsus 56-BD-265 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü İlham Verdiyev, həyat yoldaşı Səbinə Verdiyeva, azyaşlı övladları - 7 yaşlı Sevinc Verdiyeva və 3 yaşlı Sabir Verdiyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.