Şamaxıda bıçaqlanma hadisəsi olub

Şamaxıda bıçaqlanma hadisəsi olub
Bütün Xəbərlər
15:58 07.11.2013
825

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kələxana kəndində qeydə alınıb. Kənddə məskunlaşan Ahıska türkü İslamov Mahmud Əsgər oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Cəbrayıl rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Abduləliyev Vəzir Abduləli oğlunu bıçaqlayıb. Şamaxı Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR