Qatil dostunu qətlə yetirdikdən sonra meyiti ilə birgə yandırdığı maşınını 250 metrdən dərəyə yuvarlayıb Şamaxı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Quşçu kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Ağa Nuru oğlu dekabrın 31-də ov tüfəngi ilə Şamaxı şəhər sakini, 1978-ci il təvəllüdlü Nuriyev Məhəmməd Məhəmmədəli oğlunu rayonun Çöl Göylər ərazisində qətlə yetirib. A. Qədirov M. Nuriyevi öldürdükdən sonra onun meyitini mərhuma məxsus 44 BM 226 dövlət nömrə nişanlı, “QAZel” markalı yük maşınına qoyaraq maşına od vurub, sonra isə yanan maşını 250 metr hündürlükdən dərəyə yuvarlayıb. Qətli törədən şəxs artıq polis tərəfindən saxlanılıb. Məlumata görə, A. Qədirov və M. Nuriyev dost olublar və bir neçə ilkdir, şərikli mal-qara alveri ilə məşğuldurlar. Hadisənin səbəbləri müəyyənləşdirilir.