Şamaxı rayonunda bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Gün.Az xəbər verir ki, təkcə bu ilin ötən müddətində rayonun 5 yaşayış məntəqəsi - Dağ Bağırlı, Nüydü, Saqıyan, Mərzəndiyə və Yenikənd qazlaşdırılıb. Artıq bu kəndlərin sakinlərı “mavi yanacaq”dan istifadə edirlər.
Hazırda Şamaxı şəhərinin “48 a” yeni yaşayış massivində qaz çəkilişi başa çatmaq üzrədir. Yaxın vaxtlarda həmin əraziyə təbii qaz veriləcək. Rayonun Şirvan və Avaxil kəndlərində isə qaz çəkilişi davam edir.