Samsun hava limanında təlim təyyarəsi qəzaya uğrayıb

Samsun hava limanında təlim təyyarəsi qəzaya uğrayıb
DÜNYA
18:02 28.11.2026
78
Türkiyənin Samsun şəhərindəki Çarşamba hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

Hadisədən sonra yanğınsöndürmə-xilasetmə (ARFF) və aidiyyəti qurumların əməkdaşları dərhal əraziyə cəlb olunaraq zəruri təhlükəsizlik tədbirləri görüblər.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, təlim uçuşu həyata keçirən tələbə pilotun səhhəti yaxşıdır və o, xəsarət almayıb.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR