Samur-Abşeron kanalından qadın meyiti tapıldı

Samur-Abşeron kanalından qadın meyiti tapıldı
Bütün Xəbərlər
07:42 08.10.2012
1107
Oktyabrın 6-da Samur-Abşeron kanalının Quba rayonu Əliməmmədoba kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyiti tapılıb. Quba rayon Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb.Keçirilən ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəxsiyyəti müəyyənləşməyib. İlkin ehtimallara görə, meyitin kanala düşməsi 4-7 gün əvvəl baş verib.
OXŞAR XƏBƏRLƏR