Samuxda 21 yaşlı gənc özünü meşədə asıb

Samuxda 21 yaşlı gənc özünü meşədə asıb
Bütün Xəbərlər
13:34 31.01.2014
1153
Gəncə şəhər sakini Samuxda özünü asıb.

Samux rayon Polis İdarəsindən verilən məlumata görə yanvarın 30-da saat 19 radələrində Samux rayon Hacallı kəndi ərazisində yerləşən meşə massivində iplə ağacdan asılı vəziyyətdə kişi meyiti aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, özünü asan şəxs Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xəlilov Rəşid Aydın oğludur.

Polisdən bildiriblər ki, 21 yaşlı gənc ruhi xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.(APA)

OXŞAR XƏBƏRLƏR