Samuxda anlaqsız vəziyyətdə olan kişi ailəsinə təhvil verilib.
Bununla bağlı AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, 1950-ci il təvəllüdlü Haxverdiyev Vidadi Ələkbər oğlu Samux Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ailə üzvlərinə təhvil verilib.
Qeyd edilib ki, V.Haxverdiyevin övladı Gəncə şəhərində yaşayır.