Samuxda dəhşət: ana və oğul özlərini doğrayıb evə od vurdular
Bütün Xəbərlər
09:57 10.05.2011
2598
Yanğın söndürüldükdən sonra T.Ələkbərova və oğlu Elsevər qan içində tapılıb. Onlar kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Rayon Polis Şöbəsinin müstəntiqi Elşən Elçiyev Milli.Az xəbər portalına bildirdi ki, ana və bala özlərini öldürmək məqsədilə evi yandırıblar. Hətta ev yandırılmamışdan əvvəl Elsevər qayçı ilə evdə olan 8 min manat pulu doğrayıb, sonra isə ana və oğul intihar məqsədilə kəsici alətlə özlərinə xəsarət yetiriblər. Lakin yanğının qarşısının qısa zamanda alınması ana-balanın ölmünə imkan verməyib.