''Santa Barbara'' serialının qəhrəmanı Bakıda

MƏDƏNİYYƏT
13:07 19.09.2012
2187
Bu gün "Nİzami" kinoteatrında baş tutacaq "Ağabəyovlar" serialının təqdimat mərasimində ötən əsrin sonlarının ən uzun serialı kimi tarixə düşən “Santa-Barbara” serialında Meyson rolunun ifaçısı, Leyn Devis də iştirak edəcək. "Bakı Film"in işini uğurlu hesab etdiyini deyən məşhur aktyor, "Hamınıza təşəkkür edirəm. Bir az yorğunam. Bakıya aktyorluq dərsləri keçmək üçün dəvət olunmuşam. "Bakı Film"in aktyor heyətinə treninq keçmək fikrindəyəm", - deyə bildirib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən Leyn Devis "Bakı Film"in istehsalı olan "Ağabəyovlar" serialının təqdimatında iştirak edəcək.
Xatırladaq ki, Leyn Devis 1984-1993-cü illərdə Rusiya telekanalında efirə gedən “Santa-Barbara” serialındakı Meyson obrazını yaradıb. “Santa-Barbara” 2137 seriyadan ibarət olub. Davamlılığı 66 gün 18 saat 45 dəqiqə olan serialın süjeti Kaliforniyanın kiçik şəhəri Santa-Barbarada yaşayan 4 ailənin ətrafinda dövr edir. Leyn Devis də bu serialın çəkilişləri gedən müddət ərzində əyləndiyini və həmçinin karyerasında yeni perspektivlərin açıldığını deyib.
Bu serialda məşhur Leonardo Di Kaprio, Tim Robbins, Çarlz Barkli, Bricit Uilson kimi aktyorlar rol almışlar.

OXŞAR XƏBƏRLƏR