Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO

Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
SOSİAL
00:19 10.09.2026
36
Piyada keçidlərinin olmaması sakinlərə çətinlik yaradır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Abşeron rayonunun Saray qəsəbəsindən gedir. Sakinlərin sözlərinə görə, xüsusilə məktəblilər və yaşlı insanlar yolu keçərkən çətinliklə üzləşirlər.

Sakinlərin sözlərinə görə, qəsəbənin bir çox ərazilərində avtomobil yollarında piyada keçidi yoxdur. Bəzən bu cür hallar yol-nəqliyyat hadisələri ilə nəticələnir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsindən "Xəzər Xəbər”ə bildirildi ki, Saray qəsəbəsində yol hərəkətinin daha təhlükəsiz və nizamlı təşkili üçün piyada keçidlərinə ehtiyac var. Bununla bağlı artıq tədbirlər planı da hazırlanıb.

Yaxın günlərdə Saray qəsəbəsinin müxtəlif ərazilərində piyadalar üçün zolaqların çəkilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR