Sarayda idman müəllimi tərəfindən döyüldüyü deyilən şagird DANIŞDI - VİDEO

Sarayda idman müəllimi tərəfindən döyüldüyü deyilən şagird DANIŞDI - VİDEO
SOSİAL
23:02 06.06.2026
266
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisənin baş verdiyi iddia olunur.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, məktəbin 5-ci sinif şagirdi, dərs zamanı idman müəllimi Fərqan Xəlilzadə tərəfindən vurularaq xəsarət alıb. İddiaya görə, hadisə məktəbdə baş versə də, bununla bağlı şagirdin valideynlərinə heç bir məlumat verilməyib.

Döyüldüyü iddia olunan azyaşlı baş verənləri özü "Xəzər Xəbər"ə danışıb. 

 Valideynlər övladlarının xəsarət aldığını yalnız oğlu dərsdən evə qayıtdıqdan sonra öyrəndiklərini bildirirlər. Onların sözlərinə görə, uşağın bədənində xəsarət izləri müşahidə olunub və hadisənin təfərrüatları övladlarının izahından sonra məlum olub. 

OXŞAR XƏBƏRLƏR