'Sarı gəlin' Kaliforniyada

MƏDƏNİYYƏT
23:19 14.03.2012
1484
San-Fransiskoda klassik Azərbaycan musiqisi gecəsi təşkil olunub Ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, konsert Bakı şəhər Nəsimi rayonu ilə qardaşlaşma münasibətləri qurmuş San-Dieqonun Svitzet Haylənd rayonunda yerləşən “Birch North Park” teatrında baş tutub. Gecə “Qrosmont” məktəb xorunun ifasında Azərbaycanın Dövlət Himni ilə başlayıb. Daha sonra R.Tvidin dirijorluq etdiyi orkestrin ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirovun “Kürd Əvşari” və “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı və Qara Qarayevin “Yeddi Gözəl” əsəri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

OXŞAR XƏBƏRLƏR