Sarkisyan: “Ermənistanın inkişafı yolunda ən böyük maneə rüşvətxorluq və korrupsiyadır”

Bütün Xəbərlər
20:08 18.12.2010
1825

 

Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan Respublika Partiyasının 20 illik yubiley tədbirində səsləndirib.

Onun sözlərinə görə, bunun səbəbləri haqqında saatlarla danışmaq olar: “Amma bizim başlıca vəzifəmiz onların qarşısını almaqdır”.

S.Sarkisyan rüşvətxorluq və korrupsiya problemini həll edən keçmiş sovet respublikalarını partiyadaşlarına nümunə göstərib: “Onlar problemi tam həll edə bilməsələr də, elə səviyyəyə endiriblər ki, xalq dövlət qulluqçularına, polisə və hakimlərə inanmağa başlayıb. Bu, nağıl deyil, gerçəkdir - bizim sabahkı gerçəyimiz. Həmin sabahı biz var gücümüzlə yaxınlaşdırmalıyıq”.

“Biz xaricdə yaşayan qanunpərəst və nümunəvi soydaşlarımızla fəxr edirik. Əminəm ki, Ermənistan vətəndaşlarının da qanuna riayət edəcəyi və bizim də bununla fəxr edəcəyimiz gün uzaqda deyil” - deyə prezident qeyd edib.

OXŞAR XƏBƏRLƏR