'Sarkisyan Azərbaycan ərazilərinin işğalı faktı barədə susur'
Bütün Xəbərlər
17:27 04.12.2012
1082
"Ermənistan Prezidenti sivil və müasir insan kimi görünməyə çalışaraq XXI əsrdən danışır, amma qonşu dövlətin ərazilərinin işğalı və bir milyon qaçqının didərgin düşməsi faktı barədə susur".Trend-in məlumatına görə, bunu keçirilən brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Serj Sarkisyanın XXI əsrdə ölkəni blokadada saxlamağın yolverilməz olması haqqında bəyanatını şərh edərkən bildirib."Daim günahsız görünməyə çalışan rəsmi Yerevan, erməni diasporu unutmamalıdır ki, Xocalıda törədilən cinayət heç vaxt cəzasız qalmayacaq", - Abdullayev deyib.Onun sözlərinə görə, Ermənistan Prezidenti populist çıxışlar edərək modernizmdən danışır, amma "bir milyon insanın hüquqlarını necə pozmaq olar" kimi sadə suala cavab verə bilmir.