Sarkisyan: “Azərbaycan Minsk qrupunu saymır”

Sarkisyan: “Azərbaycan Minsk qrupunu saymır”
Bütün Xəbərlər
12:35 27.11.2012
1167
Livana rəsmi səfər edən Ermənistan prezidenti Serj Sərkisyan noyabrın 26-sı Beyrutda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemindən danışıb.
“Media forum” saytı xəbər verir ki, Sərkisyan Ermənistanın Cənubi Qafqazda sülh və sabitliyə yönəlmiş siyasət apardığını vurğulayıb: “Biz Dağlıq Qarabağ probleminin güclə həlli variantını istisna edirik və məsələnin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində dinc həlli öhdəliyinə sadiq qalırıq. Təəssüf ki, qonşu Azərbaycan Minsk qrupunu saymır, silahlanma prosesini davam etdirir və öz xalqını müharibəyə hazırlaşdırır. Azərbaycanlı zabit Ramil Səfərovun əfv olunması, qəhrəmanlaşdırması buna ən yaxşı sübutdur. Bu, etnik zəmində tərlədilmiş cinayətin davam etdirilməsidir, ksenofobiyanın və irqçiliyin parlaq nümunəsidir”.
OXŞAR XƏBƏRLƏR