Sarkisyan: "Kazan görüşündə Azərbaycan geriyə növbəti addım atdı"
Bütün Xəbərlər
02:08 24.09.2011
1469
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini nizamlamaq arzusunda olmadığı bildirib və ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul edilməsinə qarşı çıxıb. “Azərbaycanda qarşılıqlı razılığa nail olmaq istəyinin olmaması, bu ölkənin nümayiş etdirdiyi “hər şey və ya müharibə” mövqeyi danışıqlarda irəliləyiş əldə etməyə imkan vermir. Bütün gözləntilərə baxmayaraq, Kazan görüşündə Azərbaycan geriyə növbəti addım atdı”, - Serj Sarkisyan dünyanın ali təşkilatının tribunasından yalanlarını davam etdirib. Ermənistan prezidenti deyib ki, münaqişənin nizamlanmı ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə davam etdirilir: “Biz vasitəçi ölkələrə, onların rəhbərlərinə vasitəçilik səylərinə görə minnətdarıq. Lakin vasitəçilər tərəflərin əvəzinə qərar qəbul edə bilməzlər”. Serj Sarkisyan bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü yolverilməz və təhlükəlidir.